​Türkiyənin tanınmış müğənnisi yerimə qabiliyyətini itirib

​Türkiyənin tanınmış müğənnisi yerimə qabiliyyətini itirib Zərrin Özər: "Həkimin həyəcanı səbəbindən əlil arabasına möhtacam"
Şou-biznes
21 Yanvar , 2016 12:15
​Türkiyənin tanınmış müğənnisi yerimə qabiliyyətini itirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi Zərrin Özər yerimə qabiliyyətini itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, o, son zamanlar ard-arda belindəki onurğa yırtığından cərrahiyyə əməliyyatı edilib. Ancaq bu əməliyyatlar nəticəsində Zərrin Özər yerimə qabiliyyətini itirib.

"Əməliyyatı edən həkim mənə belə dedi: "Zərrin xanım, mən bu işi bacarmadım. Nüfuzunuzdan, həyəcanladım". Bu kimi cümlələr qurdu. Belə iş olarmı heç?! Həkimin həyəcanı səbəbindən təkərli arabaya möhtacam", - Zərrin Özər bildirib.

Son xəbərlər

Orphus sistemi