Yuxarı

Türkiyənin pop müğənnisi vəfat edib

Türkiyənin pop müğənnisi vəfat edib
63 yaşlı İşıl German infarkt nəticəsində dünyasını dəyişib

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyənin tanınmış pop müğənnisi İşıl German vəfat edib.

"Report" xəbər verir ki, 63 yaşlı müğənni infarkt nəticəsində dünyasını dəyişib. 

Xəbərə görə, İ.German son illər Quşadasındakı evində tək və maddi çətinliklər içində yaşayırmış. 

Qeyd edək ki, İ.German "Biliyorum sensin o aşkın kaderi", "Ağlıyorsam sen aldırma" mahnıları ilə 1970-ci illərdə məşhurluq qazanıb. O, bir neçə filmdə aktrisa kimi rol alıb və 1980-ci illərdə türk filmlərinə musiqilər yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi