Türkiyənin məşhur aktyoru Bakıya gəlir

Türkiyənin məşhur aktyoru Bakıya gəlir "Ben bilmem eşim biler" proqramının aparıcısı çəkdiyi filmin qalasında iştirak edəcək
Şou-biznes
2 Mart , 2015 17:33
Türkiyənin məşhur aktyoru Bakıya gəlir

Bakı. 2 mart. REPORT.AZ/ Tanınmış türk aktyoru, tamaşaçıların "Səksənlər" dizindən yaxşı tanıdığı İlker Ayrık martın 6-da Bakıya gəlir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin Mətbuat Mərkəzi yayıb.

Türkiyənin ən reytinqli proqramlarından olan "Ben bilmem eşim biler" adlı verilişin aparıcı İlker Ayrık Bakıya "Yapışık kardeşler" filminin qala gecəsində iştirak etmək üçün səfər edəcək.

Filmin rejissoru və baş rolun ifaçısı aktyorun özüdür. Filmdən əvvəl Nizami Kino Mərkəzində aktyorun imza günü olacaq. Populyar türk aktyoru jurnalistlər və gələn qonaqlara imzalı fotolarını hədiyyə edəcək.

Son xəbərlər

Orphus sistemi