Türkiyənin məşhur aktyorları Bakıya gəlir

Türkiyənin məşhur aktyorları Bakıya gəlir Onlar "Kardeşim Benim 2" filminin qala gecəsində iştirak edəcəklər
Şou-biznes
26 Oktyabr , 2017 19:16
Türkiyənin məşhur aktyorları Bakıya gəlir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin tanınmış simaları - aktyor Burak Özçivit və müğənni-aktyor Murat Boz Bakıya gəlir.

"Report"un məlumatına görə, bu barədə Burak Özçivit sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, onların Azərbaycana gəliş səbəbi "Kardeşim Benim 2" filminin qala gecəsində iştirak etməkdir. Filmin qala gecəsi noyabrın 30-u saat 20:00-da Alov Qüllələrində yerləşən kinoteatrda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi