Türkiyənin gənc aktyoru intihar edib

Türkiyənin gənc aktyoru intihar edib Aktyorun meyiti tapılıb
Şou-biznes
18 İyun , 2016 10:54
Türkiyənin gənc aktyoru intihar edib

Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyənin gənc aktyoru və müğənnisi, "Sürməli Emrah" ləqəbi ilə tanınan Emrah Altındağın meyiti tapılıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Emrah Altındağ intihar edib.

Gənc sənətçinin ölümü ilə bağlı cinayət işi açılıb.

Emrah Altındağ teatr aktyoru olub. Sənət həyatına teatrla başlasa da, son dövrlərdə serial və şou proqramlarında çıxışları ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi