Yuxarı
    Bağlamaq

    Türkiyəli sənətkarlar Burhan Öcal və Hüsnü Şenlendirici Bakıda konsert verəcək

    Layihənin dünyanın 40-dan çox ölkəsində keçirilməsi planlaşdırılır

    Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyənin Yunus Əmrə İnstitutu Azərbaycanda "Səhnədəki Türkiyə" layihəsini həyata keçirəcək. "Report" xəbər verir ki, Türkiyədən gələn institutun sədr müavini Şaban Çobanoğlu, qurumun layihələr müdiri Haşim Koç və Bakı-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Cura aprelin 16-da mətbuat konfransı keçirərək "Səhnədəki Türkiyə" haqda məlumat veriblər. 

    Şaban Çobanoğlu bildirib ki, aprelin 21-i Heydər Əliyev Sarayında keçiriləcək layihənin ilk konsertində türk sənətkarlar Burhan Öcal və Hüsnü Şenlendirici çıxış edəcək.Onun sözlərinə görə, ödənişsiz olan konsertin dəvətnamələrini institutun Bakıdakı şöbəsindən əldə etmək olar.

    O qeyd edib ki, mədəniyyət və incəsənət ölkəni dünyada tanıtmaq üçün ən yaxşı vasitədir: "Azərbaycan bizim iki vətənimizdən biri, həm də incəsənət və mədəniyyət mərkəzidir. Layihəni dünyanın 40-dan çox ölkəsində reallaşdırmağı planlaşdırırıq. İlk olaraq Azərbaycanda keçiriləcək layihənin məqsədi maddi qazanc əldə etmək deyil, türk mədəniyyəti və incəsənətini dünya arenasına çıxartmaqdır. Çünki incəsənət və mədəniyyət hər zaman sülhü təmsil edir".

    Haşim Koç və Ali Cura isə türk musiqisini dünya səhnəsində nümayiş etdirməyin vacib olduğunu xatırladıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi