Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın ürəyi dayanıb

Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın ürəyi dayanıb Bundan əvvəl beyin ölümü keçirən müğənninin ürəyi də dayanıb
Şou-biznes
12 May , 2017 00:44
Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın ürəyi dayanıb
Anadolu

Bakı. 12 may. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal dünyasını dəyişib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam agentliyə açıqlamasında beyin ölümü gerçəkləşən İbrahim Erkalın saat 22:10-da (Bakı vaxtı ilə 23:10) ürəyinin də dayandığını bildirərək, vəfat etdiyini söyləyib.

"Dəyərli sənətkarımız İbrahim Erkal bu gün saat 22.10-da ürəyinin də dayanması nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik", - deyə həkim bildirib.

Qeyd edək ki, iki gün əvvəl beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürək və digər orqanları tibbi dəstək sayəsində öz fəaliyyətini davam etdirirdi.

Son xəbərlər

Orphus sistemi