Türkiyəli model: "Bu, Azərbaycana ilk səfərimdir"

Türkiyəli model: "Bu, Azərbaycana ilk səfərimdir" Çağla Şikel Bakını gəzə bilməyəcəyindən təəssüfləndiyini deyib
Şou-biznes
2 Mart , 2018 17:33
Türkiyəli model: Bu, Azərbaycana ilk səfərimdir
Report

Bakı. 2 mart. REPORT.AZ/ "Bu, mənim Azərbaycana ilk səfərimdir". 

Bunu "Report"a açıqlamasında tanınmış türkiyəli model Çağla Şikel bildirib.

Model Bakını gəzə bilməyəcəyindən təəssüfləndiyini deyib: "Bu gün səhər moda nümayişində iştirak etmək üçün gəlmişəm, axşam Türkiyəyə qayıtmalıyam. Oğullarımı özümlə gətirməmişəm. Belə qısa səfər onlar üçün çox yorucu olardı".

O, özünün "İnstagram" və "Youtube"dakı səhifələrində azərbaycanlı izləyicilərinin şərhlərinə tez-tez rast gəldiyini qeyd edib: "Youtube"dakı kanalım çox bəyənildi, yaxşı ki, yaratmışam. Azərbaycanlı izləyicilərimin hər birinə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi