Türkiyədə tanınmış gənc müğənni suda boğulub

Türkiyədə tanınmış gənc müğənni suda boğulub Bakı. 4 iyun. REPORT.AZ/ İstanbulun Şile bölgəsində qayığın batması nəticəsində 32 yaşlı müğənni Onurcan Özcan suda boğularaq ölüb.
Şou-biznes
4 İyun , 2018 11:54
Türkiyədə tanınmış gənc müğənni suda boğulub

Bakı. 4 iyun. REPORT.AZ/ İstanbulun Şile bölgəsində qayığın batması nəticəsində 32 yaşlı müğənni Onurcan Özcan suda boğularaq ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, qayıqda 5 nəfər olub. Onlardan 3-ü xilas edilib, 1-i isə axtarılır.

Türkiyənin tanınmış müğənnisi Ferhat Göçer “Twitter” hesabındakı açıqlamada bildirib: “Son albomumda “Yalnızlığın əzgisi” əsərini oxuduğum çox gənc və böyük istedad sahibi Onurcan Özcanın Şiledə qayığın batması nəticəsində itkin düşdüyü xəbəri gəldi”.

Son xəbərlər

Orphus sistemi