Yuxarı
    Bağlamaq

    Türkiyə polisi gənc aktyoru saxlayıb

    Aktyorun villasından narkotik maddə hazırlanması üçün qurğular aşkarlanıb

    Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyə polisi aktyor Selim Erdoğanı saxlayıb. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində onun kirayə yaşadığı villadan narkotik maddələrin hazırlanması üçün qurğular və 840 qram narkotik maddə aşkar edilib. 

    Muğla Araşdırma Xəstəxanasında yoxlamadan keçirilən aktyor dindirilmək üçün Marmaris Jandarma Komutanlığına aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi