Türkiyə “Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək

Türkiyə “Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək Türkiyə bu yarışda sonuncu dəfə 2012-ci ildə Can Bonomo ilə təmsil olunub
Şou-biznes
2 Avqust , 2017 12:57
Türkiyə “Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyə “Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə TRT-nin İdarət Heyəti qərar qəbul edib.

Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə bu müsabiqəyə qatılıb, 2003-cü ildə Sertab Erener yarışmanın qalibi olub.

Türkiyə yarışda sonuncu dəfə 2012-ci ildə Can Bonomo ilə təmsil olunub.

Qeyd edək ki, “Eurovision-2018” mahnı müsabiqəsi Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi