Türkan Şoray Bakıya gəlib - FOTO

Türkan Şoray Bakıya gəlib - FOTO "Qardaş, dost ölkə olan Azərbaycanda olmaq mənim üçün çox böyük xoşbəxtlikdir"
Şou-biznes
17 Noyabr , 2016 16:28
Türkan Şoray Bakıya gəlib - FOTO

Bakı. 17 noyabr. REPORT.AZ/ "Qardaş, dost ölkə olan Azərbaycanda olmaq mənim üçün çox böyük xoşbəxtlikdir". 

"Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin tanınmış aktrisası Türkan Şoray jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli sənətçi bildirib ki, bu, onun Azərbaycana üçüncü səfəridir: "Yenidən Bakıda olmaqdan çox məmnunam. Burada özümü çox rahat, evimdə kimi hiss edirəm. Azərbaycanlılar çox istiqanlıdırlar. Bu münasibəti görmək də insana ayrı zövq verir. Azərbaycanda çox sevildiyimi də təxmin edirəm. Bu da məni inanılmaz sevindirir. Çünki mən də bütün azərbaycanlıları çox sevirəm".

Son xəbərlər

Orphus sistemi