Yuxarı
    Bağlamaq

    ​Türkan Şoray Azərbaycanda başına qoyulan tacla fotosunu paylaşıb - FOTO

    Sevənlərindən biri yazıb: Azərbaycana səfər edəndə bu tacı yenə də başınıza qoyarsız

    Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış aktrisası Türkan Şoray keçmiş SSRİ dövründə Azərbaycana gəlişi zamanı başına qoyulan tacla çəkdirdiyi fotonu "İnstagram" səhifəsində paylaşıb.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu foto aktrisanın izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

    O, şəklinin yanında bunları yazıb: "Azərbaycana ziyarətimdə qarşılamada başıma qoyulan tacla".

    Sevənlərindən biri yazıb: "Azərbaycana səfər edəndə bu tacı yenə də başınıza qoyarsız. Siz bu taca layiqsiniz". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi