Yuxarı
    Bağlamaq

    Türk müğənnisi Hadise Azərbaycanda konsert verəcək

    Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyənin "Ensonhaber.com" agentliyi ölkə müğənnilərinin Yeni ili harda qarşılayacaqları ilə bağlı xəbər yayıb.

    "Report" xəbər verir ki, agentlik müğənni Tarkanın Yeni ildə Kiprdə konsert verəcəklərini bildirib.

    Məlumata görə, Tarkanla yanaşı, Candan Erçetin və Ebru Gündeş də Yeni ili Kiprdə qarşılayacaqlar.

    Müğənni Hadise isə Azərbaycanda konsert verəcək. Agentlik digər müğənnilərin Türkiyənin ayrı-ayrı bölgələrində Yeni il konserti verəcəyini də əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi