Yuxarı
    Bağlamaq

    Tom Henks ABŞ-ın ən çox sevilən kino ulduzu seçilib

    Harris Pollun sorğusunda 2,2 min yaşlı amerikalı iştirak edib

    Bakı. 29 yanvar. REPORT.AZ/ Aktyor Tom Henks yenidən ABŞ-ın ən çox sevilən kino ulduzu seçilib.

    "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, "Harris Poll"un apardığı sorğuda 2,2 min yaşlı amerikalı iştirak edib.

    Xatırladaq ki, T.Henks artıq 2002, 2004, 2005 və 2013-ci illərdə də reytinqin lideri olmuşdu. O, 2015-ci ildə yenidən siyahıya başçılıq edib.

    ABŞ-ın ikinci ən sevimli film ulduzu Conny Depp olub. Denzel Vaşinqton üçüncü, Con Ueyn dördüncü, Harrison Ford isə beşinci sırada qərarlaşıb.

    "Top-10"da həmçinin Sandra Bullok, Cennifer Lourens, Klint İstvud, Bred Pitt və Culiya Roberts də yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi