"The Rolling Stones" qrupu əməkdaşının öldürülməsindən sonra təhlükəsizliyi gücləndirib

"The Rolling Stones" qrupu əməkdaşının öldürülməsindən sonra təhlükəsizliyi gücləndirib Hər musiqiçini silahlı cangüdənlər briqadası mühafizə edir
Şou-biznes
15 Fevral , 2016 14:04
The Rolling Stones qrupu əməkdaşının öldürülməsindən sonra təhlükəsizliyi gücləndirib

Bakı. 15 fevral. REPORT.AZ/ Böyük Britaniyanın "The Rolling Stones" qrupu əməkdaşlarından birinin öldürülməsindən sonra fərdi mühafizəni gücləndirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, insident Buenos Ayresdə baş verib.

Argentina paytaxtındakı konsertindən sonra gecədə alkoqol satışından əldə edilmiş vəsaiti daşıyan maşına hücum edən naməlum şəxslər məşhur musiqi qrupunun əməkdaşını qətlə yetirib.

Hazırda Latın Amerikası turnesində olan musiqiçilər ayrı-ayrılıqda, fərdi hərəkət etmək qərarına gəlib. Onların hər birini silahlı cangüdənlər briqadası mühafizə edir.

Qeyd edək ki, kollektiv hələ turne çərçivəsində Braziliya, Uruqvay, Peru və Kolumbiyada çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi