"The Prodigy" qrupunun solisti intihar edib - YENİLƏNİB

"The Prodigy" qrupunun solisti intihar edib - YENİLƏNİB Bakı. 4 mart. REPORT.AZ/ The Prodigy qrupunun vokalisti Kit Flint intihar edib.
Şou-biznes
4 Mart , 2019 17:26
The Prodigy qrupunun solisti intihar edib - YENİLƏNİB
ТВ Центр

Bakı. 4 mart. REPORT.AZ/ "The Prodigy" qrupunun vokalisti Kit Flint intihar edib.

"Report" xəbər verir ki, bu barədə qrupun rəsmi "Instagram" hesabında məlumat verilib.

"Həftəsonu qardaşımız Kit həyatına son qoydu. Şokdayıq, çox qəzəbliyik, ürəklərimiz qırılıb", - məlumatda deyilir.

Daha əvvəl 49 yaşlı artistin meyitinin Esseksdəki evində aşkar olunduğu bildirilib.


***15:42

"The Prodigy" qrupunun 49 yaşlı vokalçısı Kit Flint evində ölü tapılıb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Kit Flint ötən əsrin 90-cı illərində rəqs musiqisinin yaradıcılarından biri olub. O, Liam HualettaLir Tornhill ilə birgə "The Prodigy" qrupunu yaradıb.

Flint əvvəlcə karyerasını rəqqas kimi başlayıb, lakin 1996-cı ildə özünü vokalçı kimi sınayıb və qrupun özünəməxssus rəmzinə çevrilib.

Son xəbərlər

Orphus sistemi