Yuxarı
    Bağlamaq

    "The Beatles" qrupunun keçmiş solistinin evi qarət edilib

    Bakı. 14 dekabr. REPORT.AZ/ İngiltərənin keçmiş "The Beatles" qrupunun sabiq solisti Pol Makkartninin evində baş verən soyğunçuluq faktı üzrə polis araşdırma aparır.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, soyğun sənətçinin Londondakı 10 milyon funt (21 milyon manat) dəyərindəki evində olub.

    Hadisə müğənninin Freshen Up dünya turu çərçivəsində Liverpulda keçirdiyi konsertdən bir neçə gün əvvəl törədilib.

    Polislər Londonun şimal-qərbindəki St. John's Wood rayonundan aldıqları çağırışdan sonra əraziyə gedib və soyğun izləri tapıblar. Oğurlanan əşyalar barədə isə heç bir məlumat verilmir.

    Sənətçinin sözçüsü Makkartninin və ya həyat yoldaşı Nancy Şevellin soyğunçuluq zamanı evdə olub-olmadığını söyləməkdən imtina edib.

    London polisinin verdiyi məlumata görə, oğurluqla əlaqəli hələ ki, həbs edilən olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi