Yuxarı

Təşkilatçılar "Oskar" mükafatının şərəfinə keçirilməli olan şənliyi ləğv edib

The United Talent Agency təşkilatı ABŞ-ın insan hüquqlarının müdafiəsi təşkilatlarına 250 min dollar məbləğində ianə verəcək

Bakı. 10 fevral. REPORT.AZ/ "Oskar" mükafatının təqdimat mərasiminin təşkilatçıları tədbir şərəfinə keçirilməli olan şənliyi ləğv etdiklərini açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar şənliyi ABŞ-da qaçqınlara dəstək mitinqinə görə ləğv edib.

Məlumata görə, "The United Talent Agency" təşkilatı şənlik əvəzinə ABŞ-ın insan hüquqlarının müdafiəsi təşkilatlarına 250 min dollar məbləğində ianə verəcək, eləcə də Birləşmiş Ştatlarda qaçqınlara kömək etmək istəyən hər bir fiziki şəxsin ianə verməsi üçün fond yaradacaq.

Təşkilatın direktoru şənliyin ləğvi ilə bağlı qərarı "Oskar"a namizəd olan iranlı rejissor Əsgər Fərhadinin ABŞ-a gəlməsinə qadağa qoyulmasının mümkünlüyündən sonra qəbul etdiklərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi