Yuxarı

Tennisçi Anna Kurnikovanın Enrike İqlesiasla nikahından əkiz övladları dünyaya gəlib

Tennisçi Anna Kurnikovanın Enrike İqlesiasla nikahından əkiz övladları dünyaya gəlib
Rusiyalı raketka ustasının ispaniyalı müğənni Enrike İqlesiasla nikahından qızı və oğlu doğulub

Bakı. 19 dekabr. REPORT.AZ/ Qoşa mübarizədə dünyanın bir nömrəli sabiq qadın tennisçisi Anna Kurnikova əkiz övladlar dünyaya gətirib. "Report"un TMZ nəşrinə istinadən verdiyi məlumata görə, rusiyalı raketka ustasının ispaniyalı müğənni Enrike İqlesiasla nikahından qızı və oğlu doğulub. 

Valideynlər övladlarına Lüsi və Nikolas adlarını veriblər. İlk dəfə ana olan 36 yaşlı tennisçi əkizləri ABŞ-ın Mayami şəhərində dünyaya gətirib. 

Qeyd edək ki, Anna Kurnikova ilə Enrike İqlesias 2001-ci ildən birgədirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi