Azərbaycanın teatr aktrisası Türkiyə vətəndaşı ilə ailə qurur

Azərbaycanın teatr aktrisası Türkiyə vətəndaşı ilə ailə qurur "Türkiyədə fəaliyyət göstərən teatrların birindən iş təklifi də almışam"
Şou-biznes
26 Yanvar , 2015 13:48
Azərbaycanın teatr aktrisası Türkiyə vətəndaşı ilə ailə qurur

Bakı.26 yanvar. REPORT.AZ/ Bu gün Gənc Tamaşaçılar Teatrının aktrisası Nigar Bahadırqızının toyudur. "Report"un xəbərinə görə, Türkiyə vətəndaşı Ersel Aktarla ailə quran aktrisanın toyuna Azərbaycan teatr və kinosunun tanınmış simaları dəvət edilib.

Nigar Bahadırqızı "Report"a açıqlamasında bir həftədən sonra ikinci dəfə Türkiyədə toy edəcəklərini deyib: "Toydan sonra bir müddət Türkiyədə qalacam. Amma Bakıya qayıtmalıyam, çünki çalışdığım teatrda tamaşalarım və bağladığım müqavilələr var. Tamaşalarımı yarımçıq qoya bilmərəm. Gələcək karyeramı isə Türkiyədə davam etdirməyi düşünürəm. Türkiyədə fəaliyyət göstərən teatrların birindən iş təklifi də almışam. Hələlik bu gələcəyin planı olaraq qalır. Çünki Bakıda görəcəyim işlər var".

Qeyd edək ki, aktrisa Ersen Aktarla "Xoca" filminin Türkiyədə keçirilən qala gecəsində tanış olub. Nigar Bahadırqızı E.Aktarla ötən ilin aprelində nişanlanıb.

Son xəbərlər

Orphus sistemi