“Taxtlar oyunu”nun ulduzu koronavirusa yoluxdu

“Taxtlar oyunu”nun ulduzu koronavirusa yoluxdu Dünyaca məşhur “Taxtlar oyunu” serialının ulduzu, norveçli Kristofer Hivyu koronavirusa yoluxub.
Şou-biznes
17 Mart , 2020 14:16
“Taxtlar oyunu”nun ulduzu koronavirusa yoluxdu

Dünyaca məşhur “Taxtlar oyunu” serialının ulduzu, norveçli Kristofer Hivyu koronavirusa yoluxub.

“Report” CNN-ə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədi ilə onunla sıx təmasda olan ailəsi də karantinə alınıb.

“Taxtlar oyunu”nda “Tormund” personajını canlandıran 41 yaşlı K.Hivyu insanları daha diqqətli, təmizkar və sağlam həyat tərzi sürməyə çağırıb.

Bundan başqa, “Frozen 2” filmi ilə gündəmə gələn 26 yaşlı Reyçel Mettyuza da koronavirus diaqnozu qoyulub. Amerikalı aktrisa bununla bağlı “Instagram”da öz təəssüratını paylaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 183 810-a çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 178 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi