Yuxarı

Tarantino Hollivudun "Şöhrət xiyabanı"nda ulduz qazanıb

52 yaşlı Kventin Tarantino iki dəfə Oskar və Qızıl qlobus mükafatına layiq görülüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rejissor, prodüser və ssenarist Kventin Tarantino Los-Ancelesdəki Hollivud "Şöhrət xiyabanı"nda ulduz qazanıb.

"Report" "Hollywood Reporter"ə istinadən xəbər verir ki, mərasimdə onun dostları, fanatları və kinematoqrafçının həmkarları, o cümlədən onun "Kriminal qiraət" filmində rol alan Samuel L.Cekson iştirak edib.

52 yaşlı Kventin Tarantino iki dəfə - "Kriminal qiraət" və "Azad edilmiş Canqo" filmlərinə yazdığı ssenari ilə "Oskar" və "Qızıl qlobus" mükafatına layiq görülüb. "Kriminal qiraət" filmi həm də Kann festivalında "Qızıl palma budağı" qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi