Tanınmış müğənni Britni Spirs haqqında film çəkiləcək

Tanınmış müğənni Britni Spirs haqqında film çəkiləcək Filmdə müğənninin sevgi macəraları, nigahı haqqında çəkilmiş, həqiqəti əks etdirən kadrlar yer alacaq
Şou-biznes
25 Avqust , 2016 15:49
Tanınmış müğənni Britni Spirs haqqında film çəkiləcək

Bakı. 25 avqust. REPORT.AZ/ Amerikanın tanınmış müğənnisi Britni Spirs haqqında yeni televiziya filmi çəkiləcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Lifetime" kanalının çəkəcəyi filmdə baş rolu Nataşa Bassett ifa edəcək.

İki saatlıq televiziya filmində tamaşaçılar B.Spirsin həyatı, yaradıcılığı, uğurları və şəxsi həyatında baş verən çətinliklərdən xəbər tutacaq.

Məlumata görə, filmdə müğənninin sevgi macəraları, nigahı haqqında çəkilmiş, həqiqəti əks etdirən kadrlar yer alacaq.

Ekran əsəri üzərində yaradıcılıq işi sentyabrın 19-da başlayacaq.

Filmin təqdimat mərasimi 2017-ci ildə olacaq.

Son xəbərlər

Orphus sistemi