Yuxarı

​Suriyada İŞİD-in sıralarında döyüşən rusiyalı aktyor öldürülüb

Vadim Dorofeyev bir neçə ay əvvəl həyat yoldaşı və iki uşağını ataraq Suriyaya yollanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın 31 yaşlı tanınmış aktyoru Vadim Dorofeyev Suriyada gedən döyüşlər zamanı qətlə yetirilib.

"Report" "Vesti.ru"ya istinadən xəbər verir ki, o, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının sıralarında döyüşüb.

2014-cü ilin yanvar ayında İslamı qəbul edən Vadim Dorofeyev bir neçə ay əvvəl həyat yoldaşı və iki uşağını xəbərdarlıq etmədən ataraq Suriyaya yollanıb və orada İŞİD-ə qoşulub.

Artistin həyat yoldaşı Yelena Dorofeyeva bildirib ki, əri "çox pis insanlarla münasibət qurub" və ötən il İslamı qəbul edib.

"O məni dilə tuturdu ki, İslamı qəbul edim və uşaqları Suriyaya aparaq. Onun məqsədi "Allah uğrunda cihad" imiş....Mən indi başa düşürəm ki, o vaxt onu "zombiləşdirmişdilər", ona görə o özünü adekvat aparmırdı, amma mən ona inanırdım", – deyə qadın bildirib.

Dorofeyev bir neçə rus filmində və serialında, eləcə də, "Yakudzanın qızı"nda çəkilib. O son rolunu "Balabol" detektiv televiziya serialında oynayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi