"Spice Girls" qrupu silsilə konsertlər verməyi planlaşdırır

"Spice Girls" qrupu silsilə konsertlər verməyi planlaşdırır Bakı. 6 noyabr. REPORT.AZ/ İngiltərənin Spice Girls pop qrupu birləşdiyini və konsert fəaliyyətini bərpa etdiyini elan edib.
Şou-biznes
6 Noyabr , 2018 07:29
Spice Girls qrupu silsilə konsertlər verməyi planlaşdırır

Bakı. 6 noyabr. REPORT.AZ/ İngiltərənin "Spice Girls" pop qrupu birləşdiyini və konsert fəaliyyətini bərpa etdiyini elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, qrup bu barədə elanı bazar günü öz "Twitter" səhifəsində paylaşıb.

"Biz tura çıxırıq! "Spice"nin [Girls] dünya turnesini xəbər verməkdən son dərəcə şadıq. Qrupun konsertlərinə biletlər bu şənbə [10 noyabr] yerli vaxtla 10:30-da satışa çıxarılacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, turun startı 1 iyun 2019-cu ilə planlaşdırılıb. Qrup London, Mançester, Koventri, Sanderlend, Bristol kimi şəhərlərdə, həmçinin Şotlandiyanın paytaxtı Edinburqda konsertlər verməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi