Skarlet Yohansson dünyanın "ən gəlirli" aktrisası adını qazanıb

Skarlet Yohansson dünyanın "ən gəlirli" aktrisası adını qazanıb Aktrisanın çəkildiyi filmlər Amerika kinoprokatına 3,3 milyard dollar gəlir gətirib
Şou-biznes
30 İyun , 2016 20:41
Skarlet Yohansson dünyanın ən gəlirli aktrisası adını qazanıb

Bakı. 30 iyun. REPORT.AZ/ Məşhur aktrisa Skarlet Yohanssonu "kassa" aktrisası adlandırıblar. Belə ki, S. Yohanssonun adı "ən gəlirli aktrisa" siyasına daxil edilib.

"Report" xəbər verir ki, Skarlet Yohanssonun çəkildiyi filmlər Amerika kinoprokatına 3,3 milyard dollar gəlir gətirib.

Hollivudun ən reytinqli 10 aktyorunun siyahısına daxil edilən aktrisa Harrison Ford, Semuel L.Cekson, Morqan Friman, Tom Xenks, Robert Dauni, Eddi Merfi, Tom Kruz, Maykl Keyn və Conni Deppi kimi aktyorları qabaqlayıb.

Xatırlayaq ki, 2015-ci ildə Forbes jurnalının keçirdiyi sorğuda Cennifer Lourens siyahıda birinci olub.

Son xəbərlər

Orphus sistemi