Yuxarı

Şerlok Holms rolunun ifaçısı vəfat edib

Aktyor 96 yaşında dünyasını dəyişib

Bakı. 1 aprel. REPORT.AZ/ Britaniya aktyoru, Şerlok Holms rolunun ifaçısı Duqlas Uilmer vəfat edib.

"Report" xəbər verir ki, o, 96 yaşında dünyasını dəyişib.

Duqlas Uilmer Londonda fəaliyyət Şerlok Holms Cəmiyyətinin Fəxri üzvü olub.

1960-cı ildə Şerlok Holms obrazını canlandıran aktyor, 1975-ci ildə yenidən Şerlok Holms haqqında çəkilən silsilə filmlərdə bu obrazı ifa edib.

Sənət karyerasında çoxsaylı rollar oynayan Duqlas Uilmeri dünya tamaşaçıları Şerlok Holms obrazı ilə tanıyıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi