Yuxarı
    Bağlamaq

    Serbiyanın "Eurovision" təmsilçisi: "Azərbaycanın mahnısı yaxşı nəticə qazanacaq"

    Tiyana Boqiçeviç: Azərbaycana səfər etmək istərdim© facebook

    Bakı. 18 aprel. REPORT.AZ/ "Azərbaycanın "Eurovision" təmsilçisi DiHaj-ın mahnısı çox müasir, gözəldir. Məncə, bu mahnı yaxşı nəticə göstərəcək".

    Bunu "Report" Serbiyanın müsabiqədəki nümayəndəsi Tiyana Boqiçeviç deyib.

    Azərbaycan mədəniyyəti barədə biliklərindən danışan T.Boqiçeviç Azərbaycan mədəniyyəti haqqında daha çox məlumat əldə etmək niyyətində olduğunu bildirib:

    "2012-ci ildə - Jelko Yoksimoviç Serbiyanı Azərbaycanda təmsil edən zaman Bakıya səfər edən dostlarım ölkə haqqında maraqlı çox şey danışıb. Özüm də Azərbaycana səfər etmək istərdim".

    Azərbaycanlı "Eurovision" tərəfdarlarına müraciət edən T.Boqiçeviç hamını müsabiqənin ikinci yarımfinalında ona dəstək verməyə çağırıb.

    Qeyd edək ki, bu il "Eurovision" müsabiqəsi Kiyevdə, 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycan təmsilçisi Diana Hacıyeva - DiHaj müsabiqədə "Skeletons" mahnısı ilə çıxış edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi