Yuxarı

Səmra Rəhimli Stokholmda "Eurovision" səhnəsində ilk məşqini keçirib - FOTO

Səhnədə müğənni ilə birgə 4 rəqqas və bek-vokalçı çıxış edəcək

Bakı. 3 may. REPORT.AZ/ "Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimli Stokholmda müsabiqənin keçiriləcəyi səhnədə ilk məşqini keçirib.

"Report" xəbər verir ki, azərbaycanlı müğənni məşqdən əvvəl səhnədə onunla birgə 4 rəqqas və bek-vokalçı Diana Hacıyevanın çıxış edəcəyini açıqlayıb.

S.Rəhimlinin çıxışının səhnə tərtibatının rejissoru Roin Soderlundun sözlərinə görə, müğənninin ifa-çıxışı "Alisa möcüzələr ölkəsində" mövzusunda, amma daha müasir formada olacaq.

Müğənninin növbəti məşqi mayın 6-da baş tutacaq.

Qeyd edək ki, S.Rəhimli mayın 10-da müsabiqənin ilk yarımfinalında "Miracle" (Möcüzə) mahnısını ifa edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi