Səmra Rəhimli Rusiyanın "Eurovision"dakı təmsilçisindən hədiyyə alıb

Səmra Rəhimli Rusiyanın "Eurovision"dakı təmsilçisindən hədiyyə alıb Onlar Stokholmu gəzib və birgə fotosessiya edib
Şou-biznes
6 May , 2016 16:04
Səmra Rəhimli Rusiyanın Eurovisiondakı təmsilçisindən hədiyyə alıb

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanı "Eurovision-2016"da təmsil edəcək Səmra Rəhimli "meet&greet" (görüş və salamla) layihəsi çərçivəsində müsabiqədə Rusiyanı təmsil edəcək Sergey Lazarev ilə görüşüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, S.Rəhimli və S.Lazarev Stokholmu gəzib və birgə fotosessiya ediblər.

S.Rəhimli S.Lazarevin yaradıcılığı ilə maraqlandığını etiraf edib və kumiri ilə görüşün onun üçün mühüm hadisə olduğunu bildirib. Rusiyalı müğənni də təmsilçimizə rəğbət bəslədiyini qeyd edərək, Səmra Rəhimliyə qanadlı bilərzik hədiyyə verib.

Son xəbərlər

Orphus sistemi