Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcək

Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcək Onlar məşhur mahnıları ifa edəcəklər
Şou-biznes
17 Avqust , 2017 11:15
Samirə Allahverdiyeva və Tin uşaqları qrupu Fəvvarələr meydanında konsert verəcək

Bakı. 17 avqust. REPORT.AZ/ “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 18 və 19-da saat 19:00-da Fəvvarələr meydanında başlayacaq.

Bu barədə “Report”a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Belə ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu olacaqlar. Onlar məşhur mahnıları ifa edəcəklər. 

Qeyd edə ki, “Retro Bakı” Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi