Yuxarı
    Bağlamaq

    Şakira 14 mln. avro məbləğində vergidən yayınmaqada ittiham olunur

    Bakı. 8 dekabr. REPORT.AZ/ İspaniyanın Barselona şəhər prokurorluğu vergi ödəməkdən boyun qaçırdığı üçün müğənni Şakiraya qarşı məhkəmə iddiası qaldıracaq.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.

    Vergi xidməti faktla bağlı araşdırmanı başa vurub. Müəyyən edilib ki, o, 2012-2014-cü illər ərzində İspaniyada ümumilikdə üzərinə düşən 14,5 milyon avro məbləğində gəlir və əmlak vergisini ödəməyib.

    Vəkillərin dəlillərini rədd edən prokurorluq onları bu yaxınlarda üç vergi cinayətinin törədilməsi ilə bağlı məhkəmə iddiası qaldıracağı barədə xəbərdar edib.

    Şakiranın özü isə vergi öhdəliklərini həmişə yerinə yetirdiyini və İspaniyanın vergi orqanlarına heç bir borcunun olmadığını bildirib. Onun mətbuat xidmətinin bu bəyanatını "La Vanguardia" qəzeti sitat gətirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi