Yuxarı

"Şahzadə Mustafa" Bakıya gəlir

Tanınmış türk aktyorları Bakının qonağı olacaq

Bakı.11noyabr. REPORT.AZ/ Noyabrın 17-də Nizami Kino Mərkəzində Türkiyənin yeni “Unutursam Fısılda” filminin qala gecəsi keçiriləcək.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin məşhur "Taff Pictures" studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı - özünü Azərbaycan tamaşaçısına “şahzadə Mustafa” obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.

Qala gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi