Yuxarı

Rusiyanın xalq artisti xəstəxanaya yerləşdirilib

Yuri Antonovun zəhərləndiyi bildirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar və müğənni Yuri Antonov xəstəxanaya yerləşdirilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış müğənninin vəziyyəti qəfil pisləşib.

Y.Antonovun infarkt keçirdiyi güman edilsə də, sonradan müğənninin zəhərlənmə ehtimalı ilə xəstəxanaya gətirildiyi bildirilib. 

Xatırladaq ki, Yuri Antonov 1945-ci il fevralın 19-da Daşkənd şəhərində hərbçi ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Y.Antonovun peşəkar musiqiçi karyerası 70-80-ci illərdə qurulub. Ötən əsrin 1980-ci illərində hit mahnıların müəllifi və ifaçısı olan Y.Antonov bir sıra bədii filmlərə, multiplikasiya filmlərinə musiqilər bəstələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi