Yuxarı

“Nə? Harada? Nə vaxt?” oyununun magistri telekanaldan uzaqlaşdırılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın “Birinci” kanalı “Nə? Harada? Nə vaxt?” televiziya oyunun magistri Aleksandr Druz və “Kim milyonçu olmaq istəyir?”in baş redaktoru İlya Beri işdən çıxarıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə telekanalın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telekanal Druz və Berin davranışlarını qeyri-etik, fəaliyyətlərini isə qəbuledilməz hesab edib. Onların atdığı addımın “Nə? Harada? Nə vaxt?” teleoyununun və telekanalın nüfuzuna zərbə vurduğu vurğulanıb.

Xatırladaq ki, A.Druz “Kim milyonçu olmaq istəyir?”in baş redaktoruna teleoyundakı sualları verməsini və sonda əldə olunan məbləği yarı bölməyi təklif edib. İ.Ber isə A.Druza sonuncu sualları və cavabları verməyib. A.Druz isə bu ittihamları təkzib edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi