Yuxarı

Rusiyanın tanınmış müğənnisi Bakıda konsert verəcək

Konsert payızda baş tutacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskaya Bakıda konsert verəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayın mətbuat xidməti yayıb.

Konsert oktyabrın 16-da baş tutacaq. Konsertdə rusiyalı müğənni hit mahnıları ilə yanaşı, yeni mahnılarını da səsləndirəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti 30-220 manatdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi