Rusiyanın "Корейские LEDчики" musiqi qrupunun əsas solisti vəfat edib

Rusiyanın "Корейские LEDчики" musiqi qrupunun əsas solisti vəfat edib Yuri Qrımov uzun sürən ağır xəstəlikdən sonra 34 yaşında dünyasını dəyişib
Şou-biznes
15 İyul , 2016 15:12
Rusiyanın Корейские LEDчики musiqi qrupunun əsas solisti vəfat edib

Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən "Корейские LEDчики" qrupunun əsas solisti, musiqiçi və səs rejissoru olan Yuri Qrımov (Çuprov) 34 yaşında vəfat edib.

"Report" xəbər verir ki, Y.Qrımov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Bu ilin yazında kimyaterapiya müalicəsi alan musiqiçi ilə vida mərasimi iyulun 16-da olacaq.

Qeyd edək ki, Yuri Qrımov Rusiyanın tanınmış radiostansiyalarında səs rejissoru kimi fəaliyyət göstərib. Qrup solisti kimi onu geniş tamaşaçı kütləsi "Putin Planı" adlı treki ilə tanıyıb.

Son xəbərlər

Orphus sistemi