Yuxarı

Rusiyanın "Eurovision-2017" iştirakçısı məlum olub - VİDEO

Rusiyanın "Eurovision-2017" iştirakçısı məlum olub - VİDEO
O, müsabiqədə Flame is Burning mahnısını ifa edəcək
© Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Rusiya Kiyevdə keçiriləcək "Eurovision-2017" müsabiqəsində ölkəni təmsil edəcək təmsilçini müəyyənləşdirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ölkəni Ukraynada müğənni Yuliya Samoylova təmsil edəcək.

O, müsabiqədə "Flame is Burning" mahnısını ifa edəcək.

Qeyd edək ki, Y.Samoylova dəfələrlə müxtəlif yarışlarda iştirak edib. O, 2014-cü ildə Qış Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edib. Uşaqlıqdan I qrup əlil olan xanım əlil arabasında hərəkət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi