Yuxarı

​Rusiyalı müğənni Katya Lel: Azərbaycana vurğunam

Estrada ulduzu Azərbaycana sevgisindən danışıb

Bakı. 31 mart. REPORT.AZ/ "Mən Azərbaycanın vurğunuyam, Bakını sevirəm".

"Report" xəbər verir ki, bu sözləri martın 29-da Rusiyada keçirilən "Miss AMOR" gözəllik müsabiqəsinin münsiflərindən biri olan müğənni Katya Lel "Rossiya dlya vsex" internet portalına müsahibəsində bildirib.

Katya Lel Azərbaycana olan sevgisindən danışıb:

"Bugünkü tədbir ilə bağlı ən isti, ən xoş hissləri keçirirəm, çünki mən Azərbaycanın vurğunuyam, mən Bakını sevirəm. Bu gecədə iştirak etməyimdən, gözəl Azərbaycan qızlarını qiymətləndirməyimdən çox məmnunam. Bu kimi tədbirlərin keçirilməsi çox mühümdür. Biz gənc insanların gözəlliklərinə, istedadlarına və xarizmalarına nə qədər tez nəzər yetirsək, onlar gələcəkdə bir o qədər böyük nailiyyətlər əldə edə bilərlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi