​Rusiyalı müğənni Janna Friske dünyasını dəyişib

​Rusiyalı müğənni Janna Friske dünyasını dəyişib O, xərçəng xəstəliyindən əziyyət çəkirdi
Şou-biznes
16 İyun , 2015 07:17
​Rusiyalı müğənni Janna Friske dünyasını dəyişib

Bakı. 16 İyun. REPORT.AZ/ Rusiyanın tanınmış müğənnisi Janna Friske 41 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə müğənninin atası Vladimir Borisoviç məlumat verib.

Beyin xərçəngindən əziyyət çəkən müğənni ömrünün son aylarını həyat yoldaşı Dmitri Şepelyev və oğlu Platon ilə birgə bağ evində keçirib.

"Əlbəttə həyat bir gün sona çatır. Lakin bu, çox tez başa çatdı", — deyə öz Twitter səhifəsində prodüser Maksim Fadeyev yazıb.

Son xəbərlər

Orphus sistemi