Rusiyalı müğənni Anita Soy təcili xəstəxanaya yerləşdirilib

Rusiyalı müğənni Anita Soy təcili xəstəxanaya yerləşdirilib Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiyalı müğənni Anita Soy Krasnodar vilayətində xəstəxanaya yerləşdirilib.
Şou-biznes
21 Oktyabr , 2018 23:29
Rusiyalı müğənni Anita Soy təcili xəstəxanaya yerləşdirilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiyalı müğənni Anita Soy Krasnodar vilayətində xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aktrisa özü "Instagram" səhifəsində yazıb.

"Çox təəssüf ki, Ufa, Naberejnıe Çelnı, Samara və Kazandakı konsertlərin vaxtı dəyişdiriləcək. Mən üzr istəyirəm. Xəstəxanaya düşmüşəm", — deyə Soy vertolyotun göyərtəsindən pərəstişkarlarına müraciət edib.

Müğənninin sözlərinə görə, hazırda o, təcili olaraq Krasnodarın Staroşerbinovskaya kəndindən Moskvaya aparılır.

Aktrisa bel nahiyəsində kəskin ağrıların olmasından şikayətlənir. Həkimlər güman edirlər ki, bu, orqanizmdə soyuqdəymə prosesinin nəticəsi ola bilər.

Yaxın saatlarda müğənni Moskvaya çatdırılacaq. Həkimlərin sözlərinə görə, Soy cərrahi əməliyyat oluna bilər.

Son xəbərlər

Orphus sistemi