Rusiyada "Möhtəşəm yüz il" serialının şərəfinə sərgi açılacaq

Rusiyada "Möhtəşəm yüz il" serialının şərəfinə sərgi açılacaq Bu münasibətlə Halit Ergenc 2016-cı ilin yanvarında Moskvaya gələcək
Şou-biznes
13 Noyabr , 2015 18:49
Rusiyada Möhtəşəm yüz il serialının şərəfinə sərgi açılacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru, "Möhtəşəm yüz il" serialında Sultan Süleyman obrazını ifa edən Halit Ergenc 2016-cı ilin yanvarında Moskvaya səfər edəcək.

"Report" xəbər verir ki, yanvarın 8-də Moskvada "Möhtəşəm yüz il" serialına həsr edilən sərgi açılacaq.

Halit Ergenc Rusiya mətbuatına müsahibəsində bu ölkədə ilk dəfə olacağını deyib: "Hələ Rusiyada olmamışam. Moskvanın gözəl şəhər olduğunu eşitmişəm. Gəlib görmək istəyirəm. Serialımızın Rusiyada bu qədər məşhurlaşması məni şad edib. Məmnuniyyətlə, sərgidə iştirak edəcəm."

Halit Ergenc "Rusiyada filmə çəkilmək istəyərsinizmi?" sualına cavab olaraq bunları söyləyib: "Dəvət gəlsə, çəkilərəm. Tarixi obraz olsa, lap gözəl olar. İvan Qroznı surətini kinoda canlandırmaq istəyərdim"

Qeyd edək ki, yanvarda keçiriləcək sərgidə "Möhtəşəm yüz il" serialının iki qəhrəmanı - Okan Yalabık və Selma Ergeç də iştirak edəcək.

Sərgidə serialda aktyorların geyindiyi 145 kostyum, 560 bəzək əşyası və serial qəhrəmanlarının 12 mum fiquru nümayiş etdiriləcək.

Serialın pərəstişkarları sevimli aktyorları ilə görüşə biləcək.

Xatırladaq ki, "Möhtəşəm yüz il" serialı dünyanın 50 ölkəsində, o cümlədən Rusiyada nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi