Yuxarı
    Bağlamaq

    Rusiya "Avroviziya" müsabiqəsini yayımlamayacaq

    Qərar Ukrayna hakimiyyətinin Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib

    Bakı. 23 mart. REPORT.AZ/ Rusiyanın Birinci kanali və ÜDTRŞ "Avroviziya" beynəlxalq musiqi müsabiqəsini yayımlamaqdan imtina edib. 

    "Report"un "Vesti"yə istinadən verdiyi xəbərə görə, qərar Ukrayna hakimiyyətinin bu ölkədə Rusiyanı "Avroviziya 2017" yarışmasında təmsil edəcək Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib. 

    Müğənni isə vəziyyəti bu cür izah edib: "Baş verənləri kənardan müşahidə edəndə gülməli görünür. Mən anlamıram, onlar məndə, kiçicik bir qızda hansısa bir təhlükə görüblər. Ümumən, mən dilxor olmuram. Nəyə görəsə düşünürəm ki, hər şey hələ dəyişəcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi