Bakı. 2 mart. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Mariya Dubovitskaya ailə həyatı qurub.
Bu barədə "Report"a Rus Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Gənc aktrisanın həyat yoldaşı Bakının populyar klub-restoranlarından birinin baş meneceri Ziyad Əliyevdir.
Ziyad Əliyev aktrisanı ilk dəfə "Qürur və qərəz" tamaşasında Elizabet Bennet obrazında gördüyünü və ilk baxışdan vurulduğunu deyib.
Qeyd edək ki, M.Dubovitskayanın adı ötən il Azərbaycanın gənc istedadları haqqında buraxılan "Qızıl kitab"a daxil edilib.
Gənc aktrisa teatrın repertuarında olan "Maskarad", "Yeddi gözəl", "Şəhrizadın daha bir gecəsi" və s. tamaşalarda əsas rolları ifa edir.