Rumıniya "Eurovision-2016" mahnı müsabiqəsində iştirak etməyəcək

Rumıniya "Eurovision-2016" mahnı müsabiqəsində iştirak etməyəcək Bu il müsabiqədə qalib adı uğrunda 42 ölkə mübarizə aparacaq
Şou-biznes
22 Aprel , 2016 13:49
Rumıniya Eurovision-2016 mahnı müsabiqəsində iştirak etməyəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Rumıniya İsveçin Stokholm şəhərində keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsində iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu informasiyanı Avropa Yayım Birliyi (AYB) də təsdiqləyib. AYB Rumıniyanın milli yayım şirkətinin - TVR telekanalının təşkilata 10 milyon dollardan çox borcunun olduğunu bildirib.

Beləliklə, bu il müsabiqədə qalib adı uğrunda 42 ölkə mübarizə aparacaq. Müsabiqənin yarımfinalları 10 və 12 may tarixlərində keçiriləcək. Final isə mayın 14-də baş tutacaq.

Qeyd edək ki, Rumıniyanı müsabiqədə Ovidiu Anton adlı müğənni təmsil etməli idi.

Son xəbərlər

Orphus sistemi