Röyanın növbəti konsertinin vaxtı və məkanı məlum olub

Röyanın növbəti konsertinin vaxtı və məkanı məlum olub İki gün davam edəcək konsertin biletləri artıq satışdadır
Şou-biznes
14 İyul , 2015 12:25
Röyanın növbəti konsertinin vaxtı və məkanı məlum olub

Bakı. 14 iyul. REPORT.AZ/ Müğənni Röya Ayxan avqustun 21-22-də Yaşıl Teatrda solo-konsert proqramı ilə çıxış edəcək. 

Bu barədə "Report"a müğənninin prodüseri Kənan Bayramov məlumat verib.

Onun sözlərinə görə, solo-konsert Yaşıl Teatrın açıq hava konsertləri layihəsi çərçivəsində baş tutacaq. 

Hazırda musiqiçilərin konsertə hazırlaşdığını deyən K.Bayramov iyulun sonundan Röya Ayxanın da məşqlərə başlayacağını bildirib: "Hələlik avqustda Bakıda olacaq konsert proqramına hazırlaşırıq. Bu yay bölgələrdə konsertlərimiz nəzərdə tutulmayıb. Səbəbi isə odur ki, yerli icra hakimiyyətləri konsertlərin keçirilməsinə dəstək olmurlar. Açıq havada belə konsertləri təşkil etmək isə çox çətindir. Ona görə də, mütləq dəstək lazımdır. Bu il olmasa da, 2016-cı ildə Röya xanımın bölgələrdə konsertinin keçirilməsi nəzərdə tutulub".

Yaşıl Teatrda iki gün davam edəcək konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 10-100 manat arasında dəyişir.

Konsert saat 21.00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi