Yuxarı

Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası məhkəmə baxışına verilib

Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası məhkəmə baxışına verilib
Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib
Röya Ayxan və Aygün Bəylər

Bakı. 15 fevral. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və onun nümayəndəsinin növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra məhkəmə iclası baxışa verilib. 

Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi