Yuxarı

Robbi Uilyams Rusiyadakı konsertlərini ləğv edib

Robbi Uilyams Rusiyadakı konsertlərini ləğv edib
Buna artistin xəstələnməsi səbəb olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Məşhur britaniyalı pop-ulduz Robbi Uilyams Rusiyada bütün konsertlərini ləğv edib.

"Report" xəbər verir ki, onun konsertlərinin təşkilatçısı Eduard Ratnikov tədbirlərin ləğv edilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib ki, konsertlər artistin xəstəliyi üzündən ləğv edilib.

"Robbi xəstələnib, dünən xəstələnib. O, Rusiyada verməli olduğu bütün konsertlərini ləğv etmək məcburiyyətində qaldı. Həkim ona harasa getməyi qadağan edib", - deyə o bildirib.

Robbi Uilyamsın konsertləri 7 və 10 sentyabr tarixlərində Sankt-Peterburq və Moskvada keçirilməli idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi