Yuxarı

Riçard Gir "Real"ın sabiq vitse-prezidentinin qızı ilə ailə quracaq

Riçard Gir "Real"ın sabiq vitse-prezidentinin qızı ilə ailə quracaq
68 yaşlı Gir və 34 yaşlı Silva 3 ildən artıqdır ki, görüşür

Bakı. 16 dekabr. REPORT.AZ/ Hollivudun 68 yaşlı aktyoru Riçard Gir "Real Madrid" klubunun sabiq vitse-prezidentinin artıq 3 ildir ki, görüşdüyü 34 yaşlı qızı Aleksandra Silva ilə ailə həyatı quracaq.

“Report” xəbər verir ki, jurnalistlər onların bu niyyətini Milanda keçirilən xeyriyyə mərasimi zamanı ispan Aleksandranın barmağında nəzərə çarpan nişan üzüyündən anlayıblar.

Aleksandranın adsız barmağına taxdığı üzərində iri brilyant qaş olan ağ qızıldan hazırlanmış nişan üzüyü paparatsilərdə şübhə yeri qoymayıb.

Lakin nə Gir, nə də Silva gələcək planları barədə şərh vermirlər, odur ki, onların toyunun nə zaman olacağı məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi